Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
Albaniyanın Dürres limanı yaxınlığında lövbər dayanacağında yüksüz lövbərdə dayanmış “EDİRNE” tankerində partlayış baş vermişdir

Cari ilin yanvarın 15-də saat 14:40 radələrində Albaniyanın Dürres limanı yaxınlığında lövbər dayanacağında yüksüz lövbərdə dayanmış Türkiyənin “Saygı Denizçilik” şirkətinə məxsus, qeydiyyat limanı Fritaun, Sierra Leon bayrağı altında üzən “EDİRNE” tankerində partlayış baş vermişdir.
Gəmidə olan 15 nəfər Heyət üzvülərindən 6-sı Gürcüstan, 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si isə Ukraniya vətəndaşı olmuşlar.
Heyət üzvülərindən 12 nəfər xilas olmuş hal-hazırda Dürresdə xəstəxanaya yerləşdirilmişlər. 3 nəfər isə tapılmayanlar siyahısında sayılmaqdadırlar.
Bunlardan:
Məmmədov Xəyyam Kapitan - (Azərbaycan)
Lazişvili Melkaz Bosman – (Gürcüstan)
Uruşadze Beka Matros - (Gürcüstan)
Gəminin partlama səbəbləri hal-hazırda araşdırılmaqdadır.
Qeyd edək ki, "Ədirnə" gəmisinin uzunluğu 92 metr, eni 14 metr, yükgötürmə qabiliyyəti 3850 tondur. İnşa olunma tarixi isə 1980-ci ildir.
|