“Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə” haqqında qısa açıqlama
Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr 2001-ci il məlum hadisələrindən sonra “Dəniz Gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəldilmış qanunsuz aktlarla mübarizə haqqında” 10 mart 1998-ci il tarixli Roma konvensiyasına əlavə olaraq 2002-ci ilin dekabr ayında Londonda qəbul edilmiş və “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın XI-2-ci Fəsli olan “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə” 01 iyul 2004-cü il tarixdən etibarən Beynəlxalq Dəniz Təşkilatına üzv olan dövlətlər tərəfindən tətbiq olunur.
A və B hissələrindən ibarət olan “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələbləri dəniz nəqliyyatında insanların, daşınılan yüklərin, liman qurğularının və s. təhlükəsizliyinə qarşı yönəldilmış qanunsuz aktların vaxtında aşkar edilməsi və ya qarşısının alınması məqsədi ilə gəmi və liman vasitələrinin qarşılıqlı fəaliyyətini müəyyənləşdirir.
Azərbaycan Respublikasında “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tətbiqinin nəticələri haqqında
1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvü olan Azərbaycan Respublikasında “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tətbiqi Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
Əlverişli strateji mövqeyə malik olan Azərbaycan Respublikasında fəaliyyət göstərən “AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ, BUE CASPIAN LIMITED, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və s. bu kimi yerli və xarici gəmiçilik şirkətlərinin qeyd edilən məcəllənin tələblərinin vaxtında yerinə yetirilməsi sahəsində zəruri tədbirlər planının həyata keçirilməsinin təmin edilməsinə nəzarət Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
Gəmilərin mühafizə sisteminə nəzarət
Tipindən və təyinatından asılı olaraq hər bir gəmi üçün GLVM BM-nin A hissəsinin 9-cu bəndinin tələbləri nəzərə alınaraq mühafizə planı hazırlanır və Dövlət Dəniz Administrasiyası tərəfindn təsdiq edilir.
Təsdiq edilmiş plana uyğun olaraq gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu yoxlanılır və yoxlamanın nəticələrinə əsasən gəmiyə Dövlət Dəniz Adminsitrasiyası tərəfindən GƏMİNİN “GƏMİ VƏ LİMAN VASİTƏLƏRİNİN MÜHAFİZƏSİ HAQQINDA BEYNƏLXALQ MƏCƏLLƏ”NİN TƏLƏBLƏRİNƏ UYĞUN OLMASI haqqında şəhadətnamə verilir.
Azərbaycan Respublikasında “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə cavab verən gəmiçilik şirkətləri
DÖVLƏT STATUSLU
“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
Qeyri dövlət statuslu:
● BUE CASPIAN LIMITED
● SEACOR MARINE AZ MMC
● «MONOLIT-D» MMC
● «SAIPEM CONTRACTING NETHERLANDS B.V.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi
● CASPIAN GEOPHYSICAL JV LLC
● SAMAYA CO LTD
● «CASPIAN MARINE SERVICES LIMITED» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi
● “CASPİAN-STAR” MMC
● SVİRE PASİFİK OFFŞORE (KƏSPİAN) MMC
● “MAERSK DRİLLİNG SERVİCES” MMC
● KASPİAN DRİLLİNQ KOMPANİ LİMİTED MMC