Bu gün müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin vəfatından 17 il ötür. Dövlət Dəniz Agentliyinin kollektivi də Ümummilli liderin xatirəsini hörmət və ehtiramla anır. Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Çünki Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanılmış, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilmişdir. Müstəqilliyimizin ilk illərində böyük neft layihələrinin, o cümlədən “Əsrin Müqaviləsi”nin icrası, “Bakı-Tiflis-Ceyhan” neft ixrac kəmərinin istifadəyə verilməsindən sonra vaxtı ilə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi hiss olunmuşdur. Onun dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir.
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.