12 may tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə Təsnifat Cəmiyyətlərinin Beynəlxalq Assosiasiyasının (IACS) təsisçi üzvlərindən biri olan İtaliyanın “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin Türkiyə Dəniz Bölməsinin müdiri Leonard Korolukun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən atılan addımlardan danışılıb və “RINA Services S.p.A.” təsnifat cəmiyyəti ilə hazırkı əməkdaşlıq vəziyyəti təhlil edilib.
Həmçinin görüşdə “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətini genişləndirməsi və Bakı ofisinə yerli mütəxəssislərin cəlb edilməsi barədə müzakirələr aparılıb. Hazırkı geosiyasi reallıq kontekstində “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmiləri təsnifatına cəlb etməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə təsnifat cəmiyyəti tərəfindən gəmilərdə distant yoxlamaların keçirilməsi, eləcə də sertifikatların və gəmi jurnallarının elektronlaşdırılmasından danışılıb.
Bundan başqa, görüşdə italyan təsnifat cəmiyyəti tərəfindən Dövlət Dəniz və Liman Agentliyinin işçi heyəti üçün təlimlərin keçirilməsi sahəsində əməkdaşlığın qurulması barədə razılığa gəlinib.